ABŞ-da doğum səviyyəsinin aşağı düşməsi, koronavirus pandemiyası sona çatandan sonra Amerika iqtisadiyyatı üçün yeni problemə çevriləcək.
Banker.az xəbər verir ki, bu barədə “Bloomberg yazıb.
Bildirildiyi kimi, son illərdə ABŞ-da hər qadına 1,7 uşaq düşür. Xatırladaq ki, daha əvvəl bu göstərici 2,1 olmuşdur. Bundan əlavə, Amerika qadınlarının 34%-i pandemiya böhranı səbəbindən hamiləliyi gecikdirmək və ya daha az uşaq dünyaya gətirmək istəyir.
Brukinq İnstitutunun analitiklərinin hesablamalarına görə, gələn il ABŞ-da gözləniləndən yarım milyon az uşaq doğulacaq. 150 min koronavirus qurbanı ilə birlikdə bu düşmə gələcəkdə iqtisadiyyata təsir göstərə bilər. Belə ki, ABŞ çox sayda istehlakçı, işçi qüvvəsi və vergi ödəyicisini itirəcəkdir.