9 C
Baku
Friday, December 13, 2024

ABŞ iqtisadiyyatının resessiyaya daxil olması ehtimalları artır

ABŞ-ın məşhur “JPMorgan” bankının proqnozlarına əsasən, qarşıdakı 3 ildə ABŞ-ın resessiyaya girmə ehtimalı 92% təşkil edir. “Business Insider” saytına istinadən verilən xəbərə görə, yaxın iki il üçün isə bu ehtimal 67%-ə bərabərdir. Bu açıqlamanı verən Bankın baş iqtisadçısı Maykl Feroli (Michael Feroli) proqnozlarında ekonometrik modellərə əsaslandığını qeyd edib. İqtisadçılar isə ABŞ-la bağlı güclü iqtisadi göstəricilər təqdim edərək investorları sakit olmağa çağırırlar.

620x349
Michael Feroli

M.Feroli bildirib ki, ABŞ şirkətlərinin mənfəət marjalarının azalması ehtimalı var və bu, iqtisadiyyatı resessiyaya aparacaq. O, tarixdə olan bu tip situasiyaları nəzərə alaraq qeyd edib ki, bu günə qədər hazırkı vəziyyətə bənzər halların 11-dən 9-da iqtisadiyyat resessiya ilə üzləşib.

Qeyd edək ki, keçən həftə Konqressdə çıxış edən Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Canet Yellen ABŞ-da iqtisadi durğunluq mərhələsi təhlükəsinin olduğunu qeyd edərək uçot dərəcəsinin mənfiyə salınmasını mümkün saydığını vurğulayıb.

Report

Son xəbərlər
Digər xəbərlər