ABŞ hakimiyyəti hesab edir ki, Tehran Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat keçirməsinə dəstək verib.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.
Jurnalist ondan Rusiya Prezidenti Vladimir Putinin Tehranda İranın ali lideri Əli Xamneyi və prezident İbrahim Rəisi ilə görüşlərini şərh etməsini istəyib.
Prays bildirib ki, ali liderin Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat keçirməsini birmənalı şəkildə dəstəklədiyini eşitmək çox heyrətamizdir.
“İran bu müddət ərzində neytrallığını qoruyub saxlayırdı. Bu açıqlam isə xüsusi ilə diqqət çəkdi”,- deyə Prays bildirib.