15 C
Baku
Saturday, April 20, 2024

ABŞ İrana qarşı sanksiyaları sərtləşdirməyə hazırdır

ABŞ prezident administrasiyasının nümayəndələri Senatı əmin ediblər ki, Vaşinqton İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpası üzrə danışıqlar uğursuz olarsa, İrana qarşı sanksiyaları sərtləşdirməyə hazırdır.

Bu barədə “Politico” qəzeti yazıb.

Məlumata əsasən, müvafiq təminatları ABŞ rəsmiləri qapalı brifinq çərçivəsində qanunvericilərə veriblər.

Qeyd olunub ki, İran sazişi ətrafında danışıqlarda problemlər səbəbindən senatorların ehtiyat plan tələbləri fonunda Ağ Ev yeni sanksiyalar barədə danışmağa başlayıb. ABŞ qanunvericilərinin fikrincə, BHFP-nı bərpa etmək cəhdi uğursuz olarsa, Vaşinqton İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almalıdır.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər