“ABŞ dialoq qarşılığında İrana tətbiq edilən bütün sanksiyaları ləğv etməyi təklif edib”
Xarici KİV-ə istinadən xəbər verilir ki, bunu İran prezidenti Həsən Ruhani deyib. O, mövzu barədə əlavə detalları açıqlamayıb. ABŞ isə hələlik Ruhaninin çıxışına rəsmi şəkildə reaksiya verməyib.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani və amerikalı həmkarı Donald Tramp BMT Baş Assambleyası çərçivəsində görüşdən imtina ediblər. BMT Baş Assambleyasında çıxışı zamanı Tramp İranı sərt tənqid edib, bu ölkəyə qarşı sanksiyaların daha da sərtləşdiriləcəyini bildirib. Ertəsi gün İranla əməkdaşlıqda ittiham olunan çinli iş adamlarına və şirkətlərinə sanksiya tətbiq edib.
©Azvision.az