-1 C
Baku
Saturday, December 14, 2024

ABŞ Kabildən əlavə uçuşlar təşkil etmək üçün “Taliban”la danışıqlar aparır

ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonun Əfqanıstanı tərk etmək istəyənlər üçün Kabildən əlavə uçuşlar təşkil etmək barədə “Taliban”la danışıqlar apardığını açıqlayıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Cənab Blinkenin sözlərinə görə, hazırda ölkədə “təxminən 100” amerikalı var və onlarla əlaqə saxlanılır. O, ABŞ nümayəndələrinin bu insanların Əfqanıstandan çıxmasını təmin etmək üçün “Taliban”la danışıqlar aparıldığını söyləyib.

“Reuters”in verdiyi məlumata görə, Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhərində amerikalılar da daxil olmaqla təxminən 1000 nəfər qalıb. Agentliyin həmsöhbəti gecikmədə ABŞ Dövlət Departamentini günahlandırıb.

Xatırladaq ki, “Taliban” Əfqanıstanı avqustun 15-i ələ keçirib. Əfqanıstan paytaxtını nəzarət altında saxlayan amerikalı hərbçilər ölkədən 31 avqust günü çıxıb.

Sentyabrın 7-də Kabil sakinləri Əfqanıstana Pakistanın kəşfiyyat idarəsinin rəhbəri Faiz Həmidin səfəri ilə bağlı etiraza qalxıblar. Etirazı yatırmaq məqsədilə taliblər silahlardan istifadə ediblər.

Son xəbərlər
Digər xəbərlər