15 C
Baku
Friday, April 26, 2024

ABŞ kibercinayətkarlıqla mübarizə üçün 30 ölkəni birləşdirəcək

ABŞ kriptovalyutaların qanunsuz istifadəsinə qarşı mübarizə aparmaq üçün 30 ölkəni birləşdirəcək.

Banker.az xəbər verir ki, bu barədə prezident Co Bayden məlumat verib.

“Biz kibercinayətkarlıqla mübarizədə əməkdaşlığı gücləndirmək, hüquq-mühafizə orqanlarının əlaqələrini yaxşılaşdırmaq və kriptovalyutaların qanunsuz istifadəsini dayandırmaq üçün 30 ölkəni bir araya gətirəcəyik”, – Baydenin açıqlamasında deyilir.

Eyni zamanda prezident ölkələrin koalisiyasının 5G texnologiyasını qoruyacağını və bu sahəyə investisiya edəcəyini qeyd edib. Tədbirə konkret olaraq hansı ölkələrin dəvət olunduğu və görüşün hansı formatda keçiriləcəyi dəqiqləşdirilməyib.

Xatırladaq ki, daha əvvəl Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pauell ABŞ-ın kriptovalyutaları qadağan etməyi planlaşdırmadığını, lakin steyblkoinlər üzərində nəzarətin gücləndirilməsini zəruri hesab etdiyini bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər