14 C
Baku
Thursday, May 2, 2024

ABŞ Konqresi dövlət borcunun limitinin $1.5 trln. artırılmasını təsdiq edib

ABŞ Nümayəndələr Palatası xərclərin kəskin şəkildə azaldılması müqabilində dövlət borcunun limitinin 1.5 trilyon dollar artırılmasını nəzərdə tutan respublikaçıların təklif etdiyi qanun layihəsini təsdiqləyib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Nümayəndələr Palatasının 217 üzvü qanun layihəsini dəstəkləyib, 215-i isə əleyhinə çıxış edib. Bundan əvvəl ABŞ Prezidenti Co Bayden respublikaçıların təşəbbüsünə veto qoyacağını bildirib. O, əlavə şərtlər olmadan milli borc limitinin artırılmasının tərəfdarıdır.

İndi ABŞ-ın dövlət borcunun həddi 31.4 trilyon dollar səviyyəsində müəyyən edilib. Co Bayden administrasiyası Konqresi onu qaldırmağa çağırır, lakin Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar bu təklifə şübhə ilə yanaşırlar. Mühafizəkarlar xərclərin azaldılması və daha məsuliyyətli iqtisadi siyasətin həyata keçirilməsinin tərəfdarıdırlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər