9 C
Baku
Thursday, December 12, 2024

ABŞ Konqresi koronavirusla mübarizəyə 8 milyard dollardan çox vəsait ayırır

ABŞ Konqresi COVID-19 ilə mübarizəyə 8,3 milyard dollar maliyyə dəstəyi ayırır. Təşəbbüs demək olar ki, yekdilliklə dəstəklənib: 415 konqresmen bu qərarın leyhinə səsə verib.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Son məlumata görə, ABŞ-ın 13 ştatında indiyədək 80 nəfər yoluxub, 9 nəfər dünyasını dəyişib.

Ayrılan vəsaitin bir hissəsi (3 milyard dollar) koronavirusa qarşı peyvəndlərin hazırlanmasına, habelə xəstəliyin diaqnostikasına xərclənəcək. Pulun müəyyən hissəsi virusla mübarizə aparmaq məqsədilə yaradılacaq texnologiyalar üzərində işləyən startaplara ayrılacaq.

Daha 2,2 milyard dövlət və özəl xəstəxanalara dəstək üçün nəzərdə tutulub. “Politico” nun verdiyi məlumata görə, hər ştat minimum olaraq 4 milyon dollar pul alacaq.

Səhiyyə İnstitutlarına 836 milyon dollar, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi 1,3 milyard dollar, qida və dərmanlara nəzarət İdarəsi 61 milyon dollar alacaq.

500 milyon dollar “teletibb” proqramı üçün nəzərdə tutulub, hansıki koronavirusa yoluxma ehtimalı yüksək olan yaşlı əhaliyə ilk tibbi yardımın göstərilməsini nəzərdə tutur.

Qeyd edək ki, Ağ Ev konqresmenlərdən 2,5 milyard dollar istəmişdir. Məbləğin 8,5 milyard dollaradək artırılmasını demokrat Çak Şumer tələb edib.

Son xəbərlər
Digər xəbərlər