ABŞ Konqresinin Nümayəndələr Palatası müdafiə naziri Lloyd Ostinin maaşını ayda 1 dollara endirən düzəlişi qəbul edib. Bu barədə palatanın saytında bildirilir.
Qeyd edək ki, Ostin Əfqanıstandan qoşunların çıxarılmasında uğursuzluqlarda günahlandırılır. O, həmçinin işçiləri COVID-19 peyvəndindən imtina etdikləri üçün işdən çıxarıb.
Düzəliş konqresmenlərə konkret federal işçilərin maaşlarını azaltmağa imkan verən “Holman Qaydası” çərçivəsində qəbul edilib. Eyni zamanda, maaş məsələsi ilə bağlı yekun qərar bu gün, sentyabrın 28-də veriləcək.