7 C
Baku
Thursday, December 12, 2024

ABŞ Konqresi Tayvana silah tədarükünü sürətləndirmək niyyətini açıqlayıb

ABŞ Konqresi Tayvana silah tədarükünü sürətləndirəcək və bürokratik maneələrdən xilas edəcək qanun layihələri üzərində işləyir.

Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Qreqori Miks “Defence News” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda konqresmenlər Tayvanı lazımi silah və hərbi texnika ilə tez bir zamanda təmin etmək üçün bürokratik yolları azaltmağa kömək edəcək qanun layihələri üzərində işləyirlər.

Konqresdə maliyyə dəstəyi də daxil olmaqla, Tayvana təhlükəsizlik yardımının artırılmasını nəzərdə tutan qanun layihəsi də nəzərdən keçirilir. Belə ki, Çindən hərbi müdaxilə olacağı təqdirdə Taypeyə 4.5 milyard dollarlıq hərbi maliyyə vəsaiti göndərilməsi və Pekinə qarşı sanksiyaların tətbiqi planlaşdırılır.

Həmçinin Tayvana ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi statusunun verilməsi təklif edilir. Təşəbbüs Pentaqonu və Dövlət Departamentini Tayvana silah tədarükünü prioritetləşdirməyə və sürətləndirməyə çağırır.

Nəşr bildirib ki, Ağ Ev hələ almadığı 10 silah sisteminin Tayvana satışını təsdiqləyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər