8 C
Baku
Friday, December 13, 2024

ABŞ Konqresi “TikTok”u qadağan edən qanun layihəsi hazırlayıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının qanunvericiləri Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayıblar.

Bu barədə “The Hill” qəzeti yazıb.

Amerikalıları xarici təcavüzkarlar tərəfindən idarə olunan proqramlardan qorumaq üçün qanun layihəsi respublikaçı Mayk Qallaher və Demokrat Raja Krişnamurti tərəfindən dəstəklənir.

Sənəddə “ByteDance” və “TikTok” xarici təcavüzkarlar tərəfindən idarə olunan proqramlar kimi adlanır.

Nəşrin məlumatına görə, qanun layihəsi Çin şirkətini “TikTok”dan imtina etməyə məcbur edəcək, əks halda bu platforma ABŞ-da qadağan oluna bilər.

Qeyd olunub ki, şirkət “TikTok”dan imtina etməsə, onun ABŞ-da “App Store” və ya digər platformalar vasitəsilə yayılması qeyri-qanuni olacaq və hətta istifadəçilərin onu yükləməsi qadağan ediləcək.

Xatırladaq ki, bundan əvvəl “TikTok” hüquqşünasları Montana ştatının (ABŞ) öz ərazisində eyniadlı sosial şəbəkəni qadağan edən hakimiyyət orqanlarına qarşı iddia qaldırıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər