ABŞ administrasiyasının rəsmiləri fevralın 13-16-da Səudiyyə Ərəbistanında Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinin nümayəndələri ilə İran, hava hücumundan müdafiə (AD) və terrorizmlə mübarizə ilə bağlı məsləhətləşmələr aparacaq.
Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatına istinadən xəbər verilir.
Sənədə əsasən, Ər-Riyadda keçiriləcək məsləhətləşmələrdə əsas diqqət üç prioritet məsələ olacaq: “İnteqrasiya edilmiş hava və raket hücumundan müdafiə, dəniz təhlükəsizliyi, İran və terrorizmlə mübarizə”.
ABŞ nümayəndə heyətinə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli, Dövlət Departamentinin Terrorla Mübarizə üzrə əlaqələndiricisi vəzifəsini icra edən Kristofer Lendberq, ABŞ Müdafiə Nazirinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin müavini Dana Stroul, eləcə də digər diplomatlar və hərbçilər daxil olacaq.