ABŞ-ın dərman istehsalçıları yayın sonuna kimi yeni koronavirus vaksinin buraxılışına başlamağı nəzərdə tuturlar.
Bu barədə ABŞ prezidenti Donald Tramp administrasiyasındakı mənbəyə istinadən CNBC telekanalı bildirib.
Telekanalın məlumatına görə, ABŞ-ın 2021-ci ilin başlanğıcında preparatın 300 milyon dozasını istehsal edəcəyi gözlənilir.
“Bəs nə vaxt vaksin materialları istehsal etməyə başlayacaqlar? Ehtimal ki, 4-6 həftə ərzində”, – mənbə telekanala deyib.
Bununla yanaşı o qeyd edib ki, vaksinlərin istehsalı prosesi artıq başlayıb. Lakin mümkün vaksinlərdən məhz hansı hansının effektiv olacağı və ümumiyyətlə həmin dövrdə təsirli vasitə yaratmağın mümkün olub-olmayacağı hələ məlum deyil.