Koronavirus təhlükəsi səbəbiylə ABŞ hakimiyyəti əksər ölkələrdə vizaların verilməsini martın 18-dən başlayaraq dayandırır. Onlar sırasında həmçinin Azərbaycan da var.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin “Twitter” səhifəsində deyilir.
Səfirliklər və konsulluqlar yalnız fövqəladə hallarda viza xidmətləri göstərəcəkdir.
Vizaların verilməsi xidmətinin bərpa edilməsi tarixi hələ məlum deyil. Xatırladaq ki, ümumilikdə dünyada koronavirusa 179 min yoluxma halı qeydə alınıb, onlardan 7400 nəfər dünyasını dəyişib. ABŞ-ın bütün ştatlarında yoluxanlar var.