22 C
Baku
Friday, April 19, 2024

“ABŞ-la münasibətlər açıq silahlı münaqişə ərəfəsindədir”

“Rusiya ilə ABŞ arasında münasibətlər açıq silahlı münaqişə ərəfəsindədir, lakin Moskva bunun baş verməməsi üçün çalışır”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Biz ABŞ-la münasibətlərin açıq silahlı münaqişə uçurumuna düşməməsi üçün çalışırıq, biz artıq bu uçurumun kənarındayıq”-deyə, o vurğulayıb.

Ryabkov əlavə edib ki, Rusiya heç kimin ölkənin və onun rəhbərliyinin təhlükəsizliyinə müdaxilə etməməsi üçün bütün vasitələrdən istifadə etməyə hazırdır.

“Biz sözün əsl mənasında əlimizdə olan bütün vasitələrdən istifadə etməyə hazırıq ki, ölkənin təhlükəsizliyinə, prezidentin təhlükəsizliyinə, siyasi rəhbərliyə heç kim tərəfindən qəsd edilməsinə yol verilməsin”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər