7 C
Baku
Wednesday, November 30, 2022

ABŞ Lavrova BMT tədbirində iştirak üçün viza verməyib

Amerika Birləşmiş Ştatları BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçiriləcək tədbirlərdə iştirak edənlərə vizaların verilməsində xüsusi məsuliyyət daşıdığını başa düşür.

Bu sözləri Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT Baş Assambleyasının sentyabrda keçiriləcək növbəti sessiyasında iştirak planlarını şərh edərkən deyib.

Prays ABŞ-ın rusiyalı nazirə və onun nümayəndə heyətinin üzvlərinə viza verəcəyini açıq şəkildə təsdiqləməyib.

Həmçinin, mətbuat katibi daha əvvəl viza məsələlərini müzakirə etmək üçün Dövlət Departamentinə səfər etmək niyyətində olduğunu bildirən Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun bəyanatını da şərh etməyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X