30 C
Baku
Thursday, June 30, 2022

ABŞ lideri Türkiyənin NATO-ya etirazını Ərdoğanla müzakirə etmək istəmir

Türkiyənin NATO-ya etirazı Rəcəb Tayyib Ərdoğanla müzakirə edilməyəcək. Bu sözləri ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan bildirib.

O bildirib ki, Ankaranın NATO-nun genişlənməsi ilə bağlı narahatlığı fonunda ABŞ Prezidenti Co Baydenin türkiyəli həmkarı Tayyib Ərdoğanla indiki mərhələdə əlaqə qurmaq planları yoxdur.

Çərşənbə günü Finlandiya və İsveç Alyansa qoşulmaq üçün ərizələri NATO-nun baş katibi Yens Stoltenberqə təhvil verib.

Türkiyə də öz növbəsində daha əvvəl bəyan etmişdi ki, NATO İsveç və Finlandiyanı kürd probleminə yanaşmasına görə “hə” deyə bilməz.

Son xəbərlər
Oxşar xəbərlər