12 C
Baku
Wednesday, December 11, 2024

ABŞ məhkəməsi rusiyalı iş adamını maliyyə fırıldaqlığında təqsirli bilir

ABŞ məhkəməsi rusiyalı iş adamı Vladislav Klyuşini Amerika kompüter şəbəkələrindən oğurlanmış məlumatlardan istifadədə və irimiqyaslı maliyyə fırıldaqlığında iştirak etməkdə təqsirli bilib.

Bu barədə “Associated Press” məlumat yayıb.

Boston federal məhkəməsində iki həftə davam edən prosesdə Klyuşin, o cümlədən məftil və qiymətli kağızlar fırıldaqçılığında da təqsirli bilinib.

İttiham tərəfi iddia edib ki, hakerlər ABŞ-da yerləşən iki şirkətin işçilərinin istifadəçi adlarını və parollarını oğurlayıblar. Daha sonra onlar kompüterləri sındıraraq, “Microsoft” və “Tesla” da daxil olmaqla yüzlərlə şirkətdən məlumat əldə ediblər. Prokurorluğun məlumatına görə, bu məlumatlardan istifadə edərək, onlar sxemləri üzə çıxarıb, 90 milyon dollara yaxın pul ala biliblər.

Klyuşinin vəkili müdafiə etdiyi şəxsin bu sxemlərin əldə olumasında iştirakçı olmadığını bildirib.

Xatırladaq ki, Klyuşin ötən ilin martında ABŞ-ın tələbi ilə İsveçrədə həbs edilib. Dekabrda isə İsveçrə hakimiyyəti onu ABŞ-a ekstradisiya edib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər