ABŞ məhkəməsi Trampın tətbiq etdiyi 100 min dollarlıq viza rüsumunu qanunsuz sayıb

Boston şəhərində fəaliyyət göstərən federal dairə hakimi Leo Sorokin ABŞ prezident administrasiyasına qarşı 20 ştatın baş prokurorunun qaldırdığı iddia üzrə qərar verib. Hakim şirkətlərə xarici mütəxəssisləri dar ixtisaslar üzrə işə götürməyə imkan verən H-1B vizası üçün illik 100 min dollar məbləğində rüsumu etibarsız hesab edib. Bu ödənişin məbləği Donald Tramp tərəfindən 2025-ci ilin sentyabrında müəyyən edilmişdi.

“Reuters”in məlumatına görə, məhkəmə ABŞ prezident administrasiyasının səlahiyyətlərini aşdığını və Konqresin təsdiqi olmadan müraciətlərin təqdim edilməsinə görə faktiki olaraq vergi tətbiq etdiyini müəyyən edib. Bundan əvvəl xarici işçi üçün viza almaq istəyən işəgötürənlər 2 min dollardan 5 min dollara qədər ödəniş edirdilər.

H-1B proqramı çərçivəsində hər il müddəti altı ilə qədər olan 85 minədək viza ayrılır. 2026-cı ilin ilk iki ayının yekunlarına görə, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti 100 min dollarlıq cəmi 85 ödəniş qəbul edib.

ABŞ prezident administrasiyası məhkəmə qərarından apellyasiya şikayəti verməyi planlaşdırır. Donald Tramp rüsumu tətbiq edərkən H-1B proqramının “amerikalı işçilərin genişmiqyaslı əvəzlənməsinə” səbəb olduğunu bildirmişdi. O dövrdə ticarət naziri Hovard Lutnik isə iri texnologiya şirkətlərinin xaricdən işçi cəlb etmək əvəzinə amerikalıların hazırlanmasına dair çağırışları dəstəklədiyini söyləmişdi.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər