10 C
Baku
Friday, December 13, 2024

ABŞ Mərkəzi Komandanlığında rəhbərlik dəyişib

ABŞ Quru Qoşunları generalı Maykl Kurilla istefaya getmiş general Kennet Makkenzidən Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri vəzifəsini təhvil alıb.

Bu barədə məlumat CENTCOM-un saytında yer alıb. CENTCOM-un əməliyyat cavabdehliyi zonasına Yaxın Şərq, Cənubi və Mərkəzi Asiya daxildir.

Vəzifənin təhvil alınması mərasimi Tampada (Florida ştatı, ABŞ) keçirilib.

Xatırladaq ki, Makkenzi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına 2019-cu ilin mart ayından rəhbərlik edirdi. Bu il yanvarın 8-də ABŞ Müdafiə Nazirliyi həmin vəzifəyə Maykl Kurillanın təyin edildiyini bildirib.

 

 

Son xəbərlər
Digər xəbərlər