7 C
Baku
Sunday, December 15, 2024

ABŞ Myanmaya qarşı sanksiyalar tətbiq edib

ABŞ Myanma hərbi rejimi ilə əlaqəli beş fiziki şəxs və beş quruma qarşı sanksiyalar tətbiq edib.

Bu barədə ANI agentliyi məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Karen ştatının Pyai və Khpruso kəndlərində mülki əhaliyə qarşı hərbi cinayətlər törətməkdə ittiham olunan 66-cı yüngül piyada diviziyası sanksiya siyahısına salınıb.

Myanma hakimiyyəti isə bəyan edir ki, heç vaxt soyqırım aktlarında iştirak etməyib və milli, irqi və dini qrupu məhv etmək niyyətində deyil.

Son xəbərlər
Digər xəbərlər