6 C
Baku
Saturday, December 14, 2024

ABŞ neft istehsalına məhdudiyyətlər tətbiq etməyə hazırlaşır

Neft qiymətlərinin düşməsi, ABŞ-ın enerji sektorunda həyəcan təbili çalıb. Bir çox şirkət cari qiymətlərlə işləyə bilmir, anbarlar isə doludur.
Digər tərəfdən, ABŞ-da neft istehsalına hər hansı məhdudiyyətin tətbiqi kifayət qədər problemlidir, çünki orada ciddi antiinhisar qanunlar fəaliyyət göstərir.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

“Mən heç vaxt Texasda neft istehsalının proporsional paylanmasının tərəfdarı olmamışam. Hesab edirəm ki, artıq bu variantı da nəzərdən keçirməliyik. Bunu necə reallaşdıra biləcəyimizi diqqətlə araşdıracağam”, – deyə Texasın Dəmir Yolu Komissiyasının komissarı bildirir.

Əsas oyunçuların bu cür tədbirlərə qarşı olduğunu söyləməyə ehtiyac yoxdur. Belə ki, onlar yeni yataqların kəşf edilməsinə çox böyük sərmayə qoyublar və məhdudiyyətlərlə üzləşmək istəməzlər.
Ancaq vəziyyət həqiqətən acınacaqlıdır. Bununla yanaşı, WTI markalı neftin qiyməti artmır.
Texasın Dəmir Yolu Komissiyasının məsələ ilə bağlı iclası bu gün keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər