16 C
Baku
Thursday, April 25, 2024

ABŞ neftin qiyməti ilə bağlı proqnozu nikbindir

ABŞ “Brent” markalı xam neftin qiyməti üzrə proqnozunu açıqlayıb.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata əsasən, cari ildə “Brent”in bir barrelinin orta qiymətinin 63 dollar olacağı nəzərdə tutulur. Əvvəlki proqnozda isə bu rəqəm 61 dollar/barrel idi.

EIA-ya görə, gələn il üzrə isə “Brent”in qiymətinin 62 dollar/barrel təşkil edəcəyini proqnozlaşdırır.

“Fevralda qlobal neft ehtiyatları gündəlik orta hesabla 1,4 milyon barrel azalıb. Bu, 2017-ci ildən indiyədək ən böyük aylıq azalmadır. Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin bu ilin ilk yarısı üçün qüvvədə olan xam neft istehsalının azaldılmasına dair sazişin müddətini artıracaqları, ilin ikinci yarısını da əhatə edəcəyi gözlənilir”, – deyə məlumatda qeyd olunub.

MənbəAzərTac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər