ABŞ-nin 500 ən böyük şirkətində orta aylıq əməkhaqqı açıqlanıb

ABŞ-nin S&P 500 indeksinə daxil olan şirkətlərin rəhbərlərinin ümumi gəlirləri 2025-ci ilin yekunlarına görə 6% artaraq 17,7 milyon dollara çatıb. Bu barədə Associated Press agentliyi Equilar şirkəti ilə birgə apardığı araşdırmaya istinadən məlumat yayıb.

Bildirilir ki, top-menecerlərin kompensasiyalarının artırılması fond bazarının və ölkənin ÜDM-nin nisbi artımı ilə əlaqədar olub və yüksək inflyasiya şəraitində rəhbərlərin fəaliyyətini stimullaşdırmağa yönəlib. ABŞ-də 2025-ci ilin yekunlarına görə inflyasiya 2,6% təşkil edib.

Araşdırmaya daxil edilən ABŞ şirkətlərində çalışan əməkdaşların gəlirləri də inflyasiyanı üstələyərək 4,7% artıb, lakin bu artım rəhbərlərin gəlirləri ilə müqayisədə daha aşağı olub. 2025-ci ilin yekunlarına görə S&P 500 indeksinə daxil olan şirkətlərdə işçilərin median illik pul kompensasiyası 89 744 dollara çatıb ki, bu da aylıq təxminən 7478 dollara bərabərdir.

Tədqiqat müəllifləri top-menecerlərlə sıravi əməkdaşlar arasındakı gəlir fərqinin artdığını vurğulayırlar. AP-nin sorğusunda iştirak edən şirkətlərin yarısında orta vəzifədə çalışan bir işçinin bir il ərzində baş direktorun qazandığı məbləği əldə etməsi üçün təxminən 200 il işləməsi lazım gələrdi. 2024-cü ilin yekunlarına görə bu göstərici 192 il idi.

S&P 500 indeksinə daxil olan şirkətlər 2018-ci ildən etibarən rəhbərlərin və digər əməkdaşların əməkhaqları arasındakı nisbət barədə məlumatları açıqlamağa borcludurlar.

Hazırda S&P 500 indeksinə Airbnb, Alphabet, Amazon, McDonald’s, Kraft Heinz, Lululemon, Nike, The Coca-Cola Company, PepsiCo, Procter & Gamble və digər iri korporasiyalar daxildir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər