ABŞ-nin xam neft ehtiyatlarının həcmi 1982-ci ilin noyabrından bəri ən aşağı səviyyəyə düşüb.
Bu barədə “Reuters“ ABŞ Energetika Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, strateji ehtiyatlardakı neftin həcmi 285 milyon barelə qədər azalıb.
Bu göstərici ABŞ-nin enerji təhlükəsizliyi baxımından əsas ehtiyat mənbələrindən biri hesab olunan neft ehtiyatlarının son onilliklərdəki ən aşağı səviyyəsini göstərir.







