Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 3 514 min barel artaraq 442 964 min barel təşkil edib.
Bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 3 879 min barel artacağını proqnozlaşdırırdı.
ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.