Azərbaycandakı banklar 2026-cı ilin yanvar-mart ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 357.1
milyon manatlıq faiz ödəyiblər.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 58.2 milyon manat və ya 19.5% artıb.
2025-ci ilin yanvar-mart ayında banklar 298.9 milyon manatlıq depozit faizləri ödəmişdilər.







