ABŞ Prezidenti Donald Tramp İranla ABŞ arasında münaqişənin tezliklə başa çatacağını və bunun neftin qiymətinin aşağı düşməsinə səbəb olacağını bildirib.
Tramp bu barədə öz “Truth Social” hesabında məlumat verib.
Tramp bildirib ki, ABŞ-da qiymət artımına sabiq prezident Co Baydenin administrasiyası səbəb olub. O, hazırda neft istisna olmaqla digər məhsulların qiymətlərinin əhəmiyyətli dərəcədə azaldığını qeyd edib.
ABŞ liderinin sözlərinə görə, İranla hərbi münaqişə başa çatdıqdan sonra neftin qiyməti də kəskin şəkildə düşəcək.







