ABŞ-nin yeni təyin olunmuş səfiri Mark Libby Bakıya gəlib.
Bu barədə səfirliyin X hesabında bildirilib.
“Azərbaycana təyin olunmuş səfir Mark Libby – xoş gəlmisiniz! Biz ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirmək, regionda davamlı və uzunmüddətli sülhə doğru çalışmaq üçün işə başlamağı səbirsizliklə gözləyirik” – deyə Səfirlikdən bildirilib.