ABŞ OPEC və neft şirkətlərini neft bazarında tələb və təklifi tarazlaşdırmağa çağırıb.
Banker.az xəbər verir ki, verilən məlumata görə, Ağ Ev enerji qiymətlərini aşağı salmaq üçün strateji ehtiyatlarının bir hissəsini istifadəyə vermək istiqamətində heç bir addım atmayacaq. Bu barədə bazar ertəsi jurnalistlər üçün keçirilən brifinqdə ABŞ prezidentinin mətbuat katibi Cen Psaki məlumat verib.
O, ABŞ-ın digər ölkələrlə koordinasiya əsasında tezliklə neft ehtiyatlarının bir hissəsinin satmaq barədə xəbərləri nəzərə alaraq, OPEC-i dünya bazarında neft tələbini ödəmək üçün hərəkətə keçməyə çağırıb.
“Əlbəttə ki, biz təklif tələbə uyğun olsun deyə OPEC-ə təzyiq göstərməyə davam edəcəyik”, – deyə Psaki əlavə edib.
Eyni zamanda o, neft ehtiyatlarını satmaq planlarını açıqlaya bilmədiyini vurğulayıb. “Mən heç bir şeydə qabağa qaçmayacağam. Bu mövzuda sizə deyəcəyim heç nə yoxdur”, – ABŞ prezidentinin mətbuat katibi söyləyib.
Xatırladaq ki, ABŞ prezidenti Co Baydenin noyabrın 23-də enerji qiymətlərini aşağı salmaq üçün neftin bir hissəsini satmaq barədə bəyanat verə bilər. Verilən məlumata görə, bir sıra digər ölkələrdən də oxşar bəyanatlar gözlənilir. Bayden administrasiyası Koreya Respublikası, Çin, Hindistan və Yaponiya rəhbərliyindən neft ehtiyatlarının bir hissəsini satmaq imkanlarını nəzərdən keçirməyi xahiş edib.