19 C
Baku
Sunday, May 19, 2024

ABŞ ordusu yeni raketini sınaqdan keçirdi 

ABŞ ordusu “Minuteman III” qitələrarası ballistik raketini sınaqdan keçirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, sınaq ABŞ nüvə qüvvələrinin hazırlığını sübut edib.

Raket təxminən 6760 km məsafə qət edib və Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından buraxılıb.

Hərbçilər daha əvvəl 300-ə yaxın belə sınaq keçirildiyini bildirib.

“Boeing” şirkəti tərəfindən istehsal edilən və nüvə başlığı daşıya bilən “Minuteman III” ABŞ ordusunun strateji silahlarından biri hesab edilir. Raket 9,660km məsafəyə malikdir və saatda təxminən 24,000 km/saat sürətlə hərəkət edə bilir.

Qeyd edək ki, bundan əvvəl mətbuatda raketin sınaqlarının bu ayın əvvəlində keçirilməsi planlaşdırıldığı bildirilib. Ancaq ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri nəticəsində Çinlə yaranan gərginlik səbəbindən sınaq təxirə salınıb.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər