10-cu yer: Ümumiyyətlə götürdükdə, “ABŞ polisi” adlı termin yoxdur, hər bir ştatın digərindən asılı olmayan müstəqil polis idarəsi var. Bununla yanaşı, hər bir ştatda polis idarəsinin strukturu digərlərindən köklü şəkildə fərqlənə bilər.
9-cu yer: ABŞ-da polislərin aldığı əməkhaqqı 40 min ABŞ dollarına bərabər olur. Staj artdıqca, xidmətdə olduğu illərin sayına görə bu məbləğ də yüksəlir.
8-ci yer: Xidmətinin ilk üç ili ərzində polis zabitinin məzuniyyət müddəti 20 gün, 4-cü ildən başlayaraq isə 26-günə bərabər olur. Məzuniyyət növbəsi isə, daha çox xidmət etmiş insandan başlayır.
7-ci yer: Polisə daxil olan zaman insan “zabit” və ya “xəfiyyə” rütbəsi alır, bunlar ən aşağı rütbələr hesab olunur və polislərin təxminən 90%-i elə bu rütbə ilə təqaüdə çıxmalı olur.
6-cı yer: digər bir idarəyə köçürülmə və ya sadəcə yenidən işə düzəlmə zamanı insan təzədən zabit rütbəsindən başlamalı və “yuxarıya” doğru bütün yolu təzədən keçməlidir. Köhnə polis idarəsindəki rütbə saxlanılmır.
5-ci yer: ABŞ-da polisə rüşvət verməyə çalışmağa dəyməz. Əminliklə demək olar ki, 99% polis buna görə sizi məhkəməyə cəlb edəcək. Amerika polisində korrupsiya praktiki olaraq mövcud deyil.
4-cü yer: Amerikada “başa düşən” polis anlayışı mövcud deyil: Polis zabiti sizi təkbaşına, şahidlər və ya zərərçəkmiş şəxslər olmadan dindirə bilər və onun sözlərinə inanacaqlar. Yalana görə polis 15 illik həbs cəzasına məhkum edilə bilər.
3-cü yer: Amerikan filmlərində tez-tez gördüyümüz səhnələrdən biri belədir – polis zabiti öz polis nişanını göstərir və digər bir mülki vətəndaşın avtomobilini və ya motosikletini götürür. Bu həqiqətən də belədir. Vətəndaşlar zərurət yarandığı təqdirdə öz nəqliyyat vasitələrini polisin xidmətinə təqdim etməyə borcludurlar.
2-ci yer: elə həmin filmlərdə biz şahidi oluruq ki, saxlanılmış şəxslər hüquqşünaslarının çağırılmasını tələb edirlər. Əgər saxlanılan şəxsin şəxsi vəkili varsa, onda saxlanılan vəkilini çağırmaq hüququna malikdir. Əks təqdirdə o, öz vəkilini ilk dəfə yalnız məhkəmədə görəcək. Pulsuz vəkil yalnız o hallarda təqdim edilir ki, həmin vətəndaşların hüquqi xidmət haqqını ödəmək üçün pulu olmasın.
1-ci yer: Ailə cütlükləri eyni polis şöbəsində çalışa bilməzlər. Belə hesab olunur ki, bu nizam-intizama ciddi zərbə vurur. Bundan başqa, ştatdan kənar hadisələr zamanı həyat yoldaşlarından birinin başına bəla gəlməsi ilə bağlı xəbər digər ailə üzvünü psixoloji sarsıda bilər və belə olduqda o, artıq professional kimi hərəkət edə bilməyəcək.