ABŞ-ın Federal Ehtiyatlar Sistemi faiz dərəcələri yüksək səviyyədə saxlayıb.
Banker.az xəbər verir ki, bu haqda prezident Donald Tramp sosial şəbəkədəki səhifəsində yazıb.
“Onlar heç nə başa düşmürlər!” – Tramp yazıb.
Növbəti postda prezident ölkədə inflyasiyanın “çox aşağı” olmasından bəhs edərək, mövcud vəziyyəti “çox gözəl” deyə adlandırıb.
İyun ayının əvvəlində verilən məlumata görə FES ilk dəfə olaraq, faiz dərəcələrini azaltmağın vacibliyini açıqlamışdı. Ola bilsin ki, tənzimləyici bazarları pul siyasətinin yumşaldılması üçün hazırlayır.
Federal ehtiyatlar bankının rəhbəri James Bullard, inflyasiya səviyyəsini artırmaq məqsədilə faiz dərəcələrinin azaldılmasını məntiqə uyğun hesab etdiyini söyləyib.