-1 C
Baku
Sunday, December 15, 2024

ABŞ prezidentinin keçmiş müşavirinin “WikiLeaks”lə əlaqəsi olub

ABŞ Prezidenti Donald Trampın seçkiqabağı qərərgahının keçmiş müşaviri Rocer Stonunun “WikiLeaks” portalının nümayəndəsi ilə əlaqəsi olduğuna dair sübutlar əldə edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu dəlil-sübutlar prezident seçkisi zamanı D.Trampın komandasının Rusiya ilə əlaqələrini araşdıran xüsusi prokuror Robert Müllerin əlindədir.

Sənəddə bildirilib ki, “Rusiya işi” üzrə aparlan istintaqın gedişində hakimiyyət “onlarla müxtəlif səhifələrin” yoxlanılmasına imkan əldə edib. Qeyd edilib ki, Stounun hakerlər və ya hakerlər qrupu ilə yazışmalarında ABŞ Demokratlar Partiyasının serverlərinin sındırılmasına yardım edə biləcək məqamlar olub.

“WikiLeaks” saytı 2016-cı ildə Demokratlar Partiyasının Milli Komitəsi üzvlərinin yazışmalarının detallarını, eləcə də D.Trampın rəqibi Hillari Klintonun seçki qərərgahının sədri Con Podetin məktubunu nəşr edib.

Bundan sonra ABŞ hakimiyyəti Rusiya hakimiyyətinin haker hücumunda iştirakını bildirib. Bir müddət sonra Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyanın D.Trampa yardım etmək məqsədi ilə Demokratlar Partiyasının serverini sındırmaqda ittiham edib.

Son xəbərlər
Digər xəbərlər