-1 C
Baku
Sunday, December 15, 2024

ABŞ Qəzza zolağında müvəqqəti atəşkəs haqqında qətnamə hazırlayıb

ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza zolağında müvəqqəti atəşkəs tələb edən qətnamə təklif edib, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir. Qətnamənin mətnində qeyd olunur ki, İsrailin hazırkı şəraitdə Rəfaha planlaşdırdığı hücum mülki əhaliyə zərər vuracaq və həmçinin “regional sülh və təhlükəsizlik üçün ciddi nəticələrə səbəb olacaq”.

Bir qədər əvvəl media qeyd edib ki, ABŞ Qəzza zolağında dərhal atəşkəslə bağlı Əlcəzairin hazırladığı qətnamə layihəsinə veto qoyacağı ilə bağlı xəbərdarlıq edib. Amerika rəsmiləri bu qətnamənin qəbulunun ABŞ, Misir, İsrail və Qətər arasında girovların azad edilməsinə dair razılaşmaya xələl gətirə biləcəyindən ehtiyat edirlər.

Fevralın 9-da İsrailin Baş naziri Benyamin Netanyahu Rəfah şəhərində genişmiqyaslı hərbi əməliyyata başlamaq planlarını açıqlayıb. İsrail fevralın 12-nə keçən gecə ilk zərbələrini endirib. Lakin quru hücumu başlamazdan əvvəl Baş nazir Rəfah sakinlərinin təxliyyəsini təmin edəcəyinə söz verib. Onun sözlərinə görə, İsrail hərbçiləri şəhər əhalisinin təxliyəsi üçün plan hazırlayacaq.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Rəfahda 1 milyondan çox fələstinli var. Qəzza zolağında müharibə başlayandan yerli sakinlər Rafaha sığınmaq məqsədilə gəldikləri üçün şəhərin əhalisi xeyli artıb. BMT İsrailin Rəfah əməliyyatının nəticələrinin fəlakətli olacağı barədə xəbərdarlıq edib. “NYT”nin məlumatına görə, Rafah yaxınlığında Misirlə Qəzza zolağının sərhədində hündürlüyü beş metr olacaq beton hasar çəkilməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər