29 C
Baku
Friday, June 21, 2024

ABŞ rəsmi olaraq UNESCO-ya qayıdıb

ABŞ 5 illik fasilədən sonra rəsmi olaraq UNESCO-ya qayıdıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Dünən, iyulun 11-də bu barədə qurumun baş direktoru Odri Azule məlumat verib. İyulun sonunda VIP qonaqların iştirakı ilə bayraq qaldırma mərasimi gözlənilir.

“Bu, UNESCO üçün əla xəbərdir. Təşəbbüslərimiz bütün dünyada daha da güclənəcək”— deyə xanım Azule söyləyib. İndi ABŞ qayıtdıqdan sonra 194 ölkə UNESCO-nun üzvüdür.

Xatırladaq ki, ABŞ UNESCO-dan 2017-ci ildə, Donald Trampın hakimiyyəti dövründə çıxıb. Qərar bir ildən sonra qüvvəyə minib. Ölkə bunu təşkilatın “davam edən anti-İsrail siyasəti” ilə əsaslandırıb.

Hazırkı prezidentin administrasiyası UNESCO-nun borclarını ödəmək üçün 2024-cü il büdcəsində 150 ​​milyon dollar tələb edib. Plan 619 milyon dollarlıq borcun tam ödənilməsinə qədər sonrakı illər üçün də analoji müraciətləri nəzərdə tutur. UNESCO-nun illik büdcəsi 534 milyon dollardır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər