25 C
Baku
Monday, April 29, 2024

ABŞ Rusiya gübrəsini sanksiyalardan çıxarır

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiya gübrəsini mümkün sanksiyalara məruz qalmayan həyati əhəmiyyətli məhsullar siyahısına daxil edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, bu siyahıya kənd təsərrüfatı məhsulları, dərmanlar və tibbi məhsullar da daxildir.

Belə bir tədbir siyahıya daxil edilmiş mallarla istənilən ticarət əməliyyatlarına imkan verir. “Xəzinədarlıq sənədi təbiətcə ekstraterritorialdır, yəni bütün Amerika müttəfiqləri tərəfindən izləniləcək”, – deyə sənaye ekspertləri bildiriblər.

Bu qərarın səbəbi Rusiyadan tədarükün logistikasının pozulması fonunda dünya bazarında başlayan kəsirdir. İxracatçılar Avropadakı istehlakçıların Rusiya gübrələrinin daşınmasına sanksiyaların məhdudlaşdırılması səbəbindən alınması ilə bağlı risklərdən qaçmağa çalışmaları ilə üzləşirlər.

Vaşinqtonun qərarının dərcindən dərhal sonra “satışlar asanlaşdı”. Kimya bazarı gözləyir ki, sənəd adi logistikanın qurulmasına kömək edəcək, çünki daşıyıcı şirkətlər indi gübrələrin daxil olduğu zəruri malların və humanitar malların daşınmasından imtina etmirlər.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbassda xüsusi hərbi əməliyyatın başladığını elan edib. Xüsusi əməliyyatın məqsədləri Ukraynanın “demilitarizasiyası və denazifikasiyası” adlanır. Bunun ardınca ABŞ, Aİ və digər ölkələr tərəfindən Rusiyaya qarşı sərt iqtisadi sanksiyalar tətbiq olundu. Bir çox Qərb şirkətləri Rusiya Federasiyasını tərk etdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər