10 C
Baku
Friday, December 13, 2024

ABŞ Rusiya ilə əlaqəli 91 təşkilat və şəxsə sanksiya tətbiq edib

ABŞ-ın Ticarət Nazirliyi Ukrayna ətrafında ixracata nəzarə rejimini sərtləşdirmək üçün Rusiya ilə əlaqəsi olan 91 təşkilat və fiziki şəxsə sanksiya tətbiq edib.

TASS xəbər verir ki, bu məlumat ABŞ hökuməti Federal Reyestrinin elektron bazasında yerləşdirilib.

“ABŞ hökuməti hesab edir ki, bu subyektlərin fəaliyyəti ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik maraqlarına ziddir. Onlar Rusiya təhlükəsizlik xidmətini hərbi və müdafiə, eləcə də hərbi və müdafiə araşdırmaları sahələrində bu və ya başqa şəkildə dəstəkləyib”, – deyə sənəddə bildirilib.

Məlumata görə, sanksiya tətbiq edilən 91 təşkilat və şəxsin 81-i Rusiyada qeydiyyatdan keçib. Qalanları isə Rusiyadan xaricdə, Beliz, Böyük Britaniya, İspaniya, Qazaxıstan, Latviya, Malta, Sinqapur, Slovakiya və Estoniyada qeydiyyata alınıblar.

Son xəbərlər
Digər xəbərlər