11 C
Baku
Wednesday, December 11, 2024

ABŞ Rusiya neftinin bir sıra Avropa ölkələrinə tədarükünə icazə verib

ABŞ Maliyyə Nazirliyi Rusiya neftinin bir sıra Avropa ölkələrinə tədarükünə icazə verib.

Nazirliyin dərc etdiyi sənəddən bildirilir ki, dənizə çıxışı olmayan Bolqarıstan, Xorvatiya və Avropa İttifaqı (Aİ) dövlətlərinin Rusiyadan yanacaq tədarükünə icazə verilir.

“Bolqarıstan, Xorvatiya və ya Avropa İttifaqının dənizə çıxışı olmayan üzv ölkələrə xam neft idxalı ilə bağlı bütün əməliyyatlara icazə verilir”, – deyə bəyanatda vurğulanır.

Bundan əlavə Amerikanın fiziki və hüquqi şəxslərinə Rusiya neftinin aşağı qiymətə alınması şərti müqabilində daşınması üçün müəyyən xidmətlər göstərməyə icazə verilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər