12 C
Baku
Friday, March 29, 2024

ABŞ Rusiyanın Dünya Bankı və BVF forumunda çıxışını boykot edib

ABŞ, Almaniya və Yaponiyadan olan nümayəndələr Rusiyanın Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun forumunda çıxışını boykot edib.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Rusiyadan olan nümayəndə danışmağa başlayanda qərb ölkələrini təmsil edən şəxslər iclas zalını tərk ediblər.

Qeyd olunur ki, bu, Vaşinqtonda bu həftə ikinci belə insidentdir: birincisi Rusiyanın G20 (“Böyük İyirmilik”) toplantısındakı çıxışı zamanı baş verib. Rusiyanın maliyyə naziri Anton Siluanov aprelin 20-də G20 toplantısında çıxış edərək sanksiyaların müəlliflərini tənqid edib. ABŞ və Kanadanın maliyyə nazirləri Siluanovun çıxışını boykot ediblər.

 

 

Son xəbərlər
Digər xəbərlər