1 C
Baku
Saturday, December 14, 2024

ABŞ səfiri Çin XİN-ə dəvət olundu: “Tayvan kartı ilə oynamağı dayandırın”

Çinin xarici işlər nazirinin müavini Xie Fen dünən axşam ABŞ-ın Çindəki səfiri Burnsu təcili olaraq nazirliyə çağıraraq, səfərin “vahid Çin” prinsipini və ABŞ-Çin münasibətlərinin əsasını təşkil edən Birgə Bəyannamədəki öhdəlikləri pozduğunu bildirib.

Banker.az xəbər verir ki, bu barədə Çinin Xinhua xəbər agentliyinin məlumatınd deyilir.

Səfərin Çin-ABŞ əlaqələrinin siyasi quruluşuna böyük zərbə vurduğunu, Çinin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirdiyini, Tayvan boğazında sülh və sabitlik zəminini aşındırdığını, Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələrə yanlış mesaj verdiyini ifadə edən Xie deyib: “Bu davranış son dərəcə təhlükəlidir. Bu, pis niyyətlidir və nəticələri çox ciddi olacaq. ABŞ hökuməti buna görə məsuliyyət daşımalıdır”.

ABŞ hökumətinin Pelosinin düşünülmüş hərəkətini məhdudlaşdırmaq əvəzinə buna göz yumduğunu qeyd edən Çin rəsmisi Vaşinqtondan səhvi ilə üzləşməyi və səfərin mənfi nəticələrinin qarşısını almaq üçün əməli tədbirlər görməsini tələb edib.

ABŞ-ı “Tayvan kartı ilə oynamağı”, Tayvanı Çini mühasirəyə almaq üçün istifadə etməyi və Çinin daxili işlərinə qarışmağı dayandırmağa çağıran Xie, “Tayvan Çinin Tayvanıdır və sonda ana vətənin qucağına qayıdacaq. Çin xalqı ruhlardan, təzyiqdən və pisliklərdən qorxmur” – deyə, əlavə edib.

 

Son xəbərlər
Digər xəbərlər