9 C
Baku
Thursday, December 12, 2024

ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb

Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri Devid Satterfild Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Türkiyə XİN-i məlumat verir.

Səfirə ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”ilə bağlı bəyanatına ölkənin reaksiyası çatdırılıb.

Diplomat Türkiyə XİN başçısının müavini Sedat Ünal tərəfindən qəbul edilib.

Tarixi və hüquqi baxımdan heç bir əsası olmayan açıqlamanın qəbul edilməzliyi, bütünlüklə rədd edilməsi və ən sərt şəkildə qınanıldığı ifadə edilib.

Baydenin bəyantının beynəlxalq hüquq baxımından etibarsız olduğu və münasibətlərə bərpası çətin zərbə vurduğu qeyd edilib.

Bizim Instagram sə

Son xəbərlər
Digər xəbərlər