11 C
Baku
Wednesday, December 11, 2024

ABŞ səhvən minlərlə yaponiyalı pensiyaçıya 1400 dollarlıq çek göndərib

ABŞ-ın Vergi Xidməti səhvən minlərlə yaponiyalı pensiyaçıya 1400 dollarlıq çek göndərib.

Bu barədə “Financial Times” məlumat yayıb.

Məlumata görə, bu səbəbdən bəzi bank şöbələrinin qarşısında növbə yaranıb.

Çek almış Yaponiya vətəndaşlarının vaxtilə ABŞ-da yaşadıqları və orada vergi ödəyicisi kimi qeydiyyatda olduqları üzə çıxıb.

Səhvini etiraf edən ABŞ Vergi Xidməti isə Yaponiya vətəndaşlarından çekləri ləğv etməyi xahiş edib. Lakin çekləri artıq nağdlaşdıranların nə etməli olmaları barədə açıqlama verilməyib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər