25 C
Baku
Monday, April 29, 2024

ABŞ sakini lotereyada iştirak etdiyini bilmədən 100 min dollarlıq cekpot qazanıb

ABŞ-ın Miçiqan ştatının Oklend rayonunun sakini təsadüfən lotereyaya qatılaraq 100 min dollarlıq cekpot qazanıb.

58 yaşlı kişi uğursuz biletləri yoxlamaq üçün lotereya proqramından istifadə edib. O, bu yolla əlavə tirajda iştirak etdiyini anlamayıb.

Amerikalı 100 min dollar udduğuna dair elektron məktub alanda çox təəccüblənib. “Məktubun nə olduğunu öyrənmək üçün lotereyanın qərargahına zəng etdim və ikinci tirajla bağlı xəbər tutdum. Bu, mənim üçün böyük sürpriz oldu”, – deyə o, bildirib.

Kişi aldığı pulu ailəsinə kömək etmək üçün istifadə etməyi planlaşdırır.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər