2 C
Baku
Saturday, December 14, 2024

ABŞ sakinləri pandemiyaya görə hökumətdən $1400 yardım alacaqlar

ABŞ Konqresinin Nümayəndələr Palatası koronavirus böhranı şəraitində iqtisadiyyatı dəstəkləmək üçün 1.9 trilyon dollar həcmində üçüncü tədbir paketini təsdiq edib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Əksər amerikalılar hökumətdən 1400 dollar dəyərində yardım ala biləcəklər.

Qeyd edək ki, tədbirlər paketi 220 konqresmen tərəfindən dəstəklənib, Nümayəndələr Palatasının 211 üzvü buna qarşı çıxıb. Növbəti mərhələdə sənəd imza üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək. Ağ Ev Amerika liderinin onu martın 12-də imzalamağı planlaşdırdığını bildirib.

Qanun layihəsinin təkmilləşdirilməsi prosesində ən mübahisəli məqamlar çıxarılıb – məsələn, respublikaçıların etirazına səbəb olan minimum əmək haqqının saatda 7.25 dollardan 15 dollara qaldırılması. Xatırladaq ki, ABŞ hökuməti tərəfindən daha əvvəl qəbul edilmiş iki iqtisadi dəstək paketinin müddəti mart ayının sonunda başa çatır.

Sənədə əsasən, dəstəyə ehtiyacı olan amerikalılar 1400 dollar birbaşa ödəmə alacaqlar. Bundan əvvəl ABŞ vətəndaşlarına 600 dollar yardım etmişdir. Bununla yanaşı, vəsaitlər aşağıdakılara xərclənəcək:

– kiçik biznesə dəstək;

– işsizlik müavinətinin 300 dollar artırılması;

– 3600 dollar həcmində uşaq pulu;

– əhalinin vaksinasiyası proqramının genişləndirilməsi.

Yanvar ayında pulların aşağıdakı kimi bölünəcəyi bildirilmişdir:

– 1 trilyon dollar – ailələrə maliyyə yardımı;

– 440 milyard dollar – kiçik biznesə dəstək;

– 415 milyard dollar – pandemiya ilə mübarizə və vaksinasiya.

Vaksinasiya proqramı, testlər, koronavirusla mübarizə, o cümlədən digər tədbirlərə 160 milyard dollar ayrılıb. Eyni zamanda, məktəblərin fəaliyyətini bərpa etmək üçün dövlət və yerli hakimiyyət orqanlarına 350 milyard dollar ayırmaq planlaşdırılır. Bununla yanaşı, icarə təzminatı və kiçik biznes sahiblərinə dəstək üçün 30 milyard dollar, uşaqlara baxım təşkilatlarına dəstəyə isə 25 milyard dollar xərclənəcəyi bildirilir.

Son xəbərlər
Digər xəbərlər