10 C
Baku
Friday, December 13, 2024

ABŞ-ın İT sənayesinin liderləri Trampa qarşı

ABŞ-ın İT şirkətlərinin yüzdən çox nümayəndəsi Donald Trampın prezidentliyə namizədliyinə qarşı çıxıb.

Xəbərinə görə, bununla bağlı müraciət imzalayan sahibkarlar, ixtiraçılar, investorlar və alimlər bildiriblər ki, milyarderin namizədliyi texnoloji sahəni formalaşdıran prinsiplərə uyğun gəlmir.

“Bu prinsiplər fikir azadlığı, yeniliklərə açıqlıq, hamı üçün bərabər imkanlar, tədqiqatlara və infrastruktura dövlət investisiyaları, hüququn aliliyidir. Biz Trampı bir il ərzində dinlədik və bu qərara gəldik ki, o, investisiyalar üçün fəlakət olacaq” – deyə müraciətdə bildirilir.

Milyarderin ksenofob baxışlarının da tənqid olunduğu müraciəti “Hyperloop One”, “Flickr”, “Bitly”, “Tumblr”, “SUN Microsystems”, “Samsung”, “Google”, “Twitter”, “Tinder”, “Zynga”, “eBay”, “Reddit”, “Instagram” və “Snapchat” kimi nəhəng İT şirkətlərinin top-menecerləri və qurucuları imzalayıblar.

Lent.az

Son xəbərlər
Digər xəbərlər