9 C
Baku
Friday, December 13, 2024

ABŞ sentyabrda neft hasilatını artıracaq

ABŞ Energetika Nazirliyinin proqnozlarına görə, bu ilin sentyabr ayında avqust ilə müqayisədə ölkədə əsas istehsalat sahələrində (hasilatın əsas hissəsi şist neftinin payına düşür – red.) neft hasilatı artacaq.

Ən iri yataqlarda ortalama gündəlik neft hasilatı 141 min barel və ya 1.6% artaraq 9.049 mln. barelə çatacaq.

Məlumata görə, hasilat üzrə artım əsasən “Permian”, “Eagle Ford”, “Bakken”, “Anadarko”, “Appalachia” və “Niobrara” yataqlarının payına düşəcək.

Xatırladaq ki, ötən il ABŞ-da gündəlik neft hasilatı 11.2 mln. barel təşkil edib. 2020-ci ildə ABŞ-da ortalama gündəlik neft hasilatı 11.28 mln. barel olub. 2019-cu ildə isə bu göstərici 12.25 mln. barel təşkil edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər