2 C
Baku
Saturday, December 14, 2024

ABŞ Serbiya şirkətlərinə sanksiya tətbiq edib

ABŞ Serbiyanın dörd şirkətini və iki şəxsi sanksiya siyahısına daxil edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət idarəsi məlumat yayıb.

Bildirilir ki, Serbiyanın həmin şirkətləri Rusiya ordusuna yardım edən ixrac həyata keçirir, müharibə səylərinə kömək edir. Bundan başqa, “Soha Info” şirkətinin rəhbəri Draqan Draqas və “Kominvex” şirkətinin sahibi Marko Svorcana da sanksiya tətbiq olunub. Bu iki şəxsin və onların şirkətlərinin Moskvanın hərbi-sənaye bazasını dəstəkləmək üçün Rusiya iqtisadiyyatının bir sektorunda fəaliyyət göstərdiyi bildirilib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər