ABŞ “Şimal axını-2” layihəsinə qarşı sanksiyaların tətbiqini davam etdirəcək

ABŞ “Şimal axını-2” qaz kəməri layihəsinə qarşı sanksiyaların tətbiqini davam etdirəcək. Rəsmi Vaşinqton bununla layihənin həyata keçirilməsinin qarşısını alacağına ümid edir.

Rusiya mətbuatının verdiyi məlumata görə, bunu ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət katibinin köməkçisinin müavini Kristofer Robinson deyib.

“Biz sanksiya tətbiq etmək istəmirik, lakin layihəni dayandırmaq üçün bu vasitələrdən istifadə edəcəyik”, – deyə K. Robinson qeyd edib.

Onun sözlərinə görə, sanksiyalar öz təsirini göstərir və ABŞ bu layihənin həyata keçirilməsini dayandıracaq.

Xatırladaq ki, “Şimal axını-2” layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər